Kaliforniya ştatı Zəngəzur Dəhlizinə qarşı , erməni lobbisinin məkirli planları..
“Talibanın Əfqanstandakı uğuru, Talibanın güclü olmasında deyildi , Qərbin bu bölgədə ideoloji gücsüzlüyündə, ideoloji zəifliyində idi”.
Talibanın uğurunun izahını bir neçə gündür bütün dünya mediası axtarır. İstər NATO , istərsə də ABŞ rəsmilərinin açıqlamalarından da belə aydın olur ki, bütün bu baş verənlər dünya üçün nə qədər gözlənilməz olduğu kimi, onlar üçün də bir o qədər gözlənilməz olub. Onlar özləri də NATO və ABŞ-ın Əfqanstanda belə sürətlə çökməsini təhmin etmirmişlər.
Məntiqi olaraq sual yaranır ki, istər NATO-nun , istər PENTAGON-nun analitik mərkəzləri, təhlükəsizlik ekspertləri və s. kimi ressursları olduğu halda, onlar necə olub ki, ABŞ Əfqanıstandan çıxdıqdan sonra orda nələrin baş verəcəyi, nələrin yaşanacağını hesablamaya bilməyib.
Məsələn , PENTAGON ABŞ-in hərbi və təhlükəsizlik qüvvələrinin Əfqanıstandan çıxarılması ilə əfqan hərbi təyyarələri və vertolyotlarına xidmət edən podraçıları və məlumat dəstəyi verən kəşfiyyatını xidmətini də geri çəkdi. Bu isə Əfqanıstan ordusunun aviasiya xidmətinin faktiki iflic etdi və əfqan ordusunun HHQ-nin artıq fəaliyyət göstərə bilməyəcəyi anlamına gəldi.
Məntiqə, PENTAQON və NATO-nun bunu hesablaya bilməməsi inandırıcı deyil. Əfqanstanda olan 20 il ərzində ABŞ əfqan aviasiyasının bu xidmətlərini yerinə yetirə biləcək kadrların yetişməsinə imkan verməmişdi, çünki bu xidmətləri ödənişli əsaslarla ABŞ-ın podratçı şirkətləri yerinə yetirirdi.
Əfqanstanın hərbi məktəbləri isə son 20 ildə demək olar ki, fəaliyyət göstərmirdi, Talibanın ilk illərdə bir neçə məktəbi uşaqlarla birgə partlatmasından sonra, bu məktəblər təhlükəszilik səbəbi ilə fəaliyyət göstərmədi.
Talibanın isə ilk həmləsində Əfqanıstan ordusu 1988 ci ildə bu ölkəni tərk edən SSRİ qoşunlarının marşurutu ilə rusvayçılıqla Əfqanstanı tərk etdi.
Müttəfiq güclərinin Əfqanstandakı uğursuluğunun təhlili bu qüvvələrin bir neçə istiqamət üzrə yanlışlıqlarını ortaya çıxarır.
Öncəliklə bir məqamı qeyd etmək istəyirəm bu izlədiklərimiz NATO və ABŞ-ın ancaq Əfqanstanda çökməsi deyil , NATO və ABŞ-ın bütün dünyada çökməsinin elementləridir.
Bunu biz həm də bir neçə ildir davam edən Qərbin çöküşünün sonu kimi şərh edə bilərik. Bu uğursuzluqdan sonra Qərb adlandırdığımız sistem bütün dünayda damino effekti ilə çökəcək.
Bu proses Obama adminstrasiyasında başladı, Tramp adminstrasiyasının səyləri ilə kəskinləşdi və nəhayət Obama adminstrasiyasındakıların tezisləri və eyni kadrlarlarla ABŞ xarici siyasətini davam etdirən Bayden adminstrasiyası ilə yekunlaşdı.
Bunu bir cümlədə ABŞ-ın bütün dünyada tərəfdaşlarını müdafiəsiz buraxmasi kimi adlandıra bilərik ki, eyni şeyi müxtəlif variasiyalarda daha öncə İrakda, Gürcüstanda, Ukrainada indi də Əfqanstanda müşahidə edirik.
NATO və ABŞ-ın iyirmi il ərzində Əfqanstandakı nəhəng sərmayələrinə və hərbi-texniki dəstəyinə baxmayaraq bu qədər tez çökməsinin, belə uğursuzluğun səbəbləri haqqında danışsaq , bunun bir neçə səbəbi var .
Bu səbəblərdən ABŞ və NATO-nun Əfqanstanda dəstəklədikləri hökümətin rüşvətxor olması, mövcud siyasi sistemin koorupsiya ilə idarə olunması, bir çox hallarda isə müttəfiq qüvvələrin onları təchiz etdikləri ressursları talibana satması, belə imkanları alver predmetinə çevirməsi və s. kimi səbəbləri sadalaya bilərik.
Ancaq bunlar ikinci dərəcəli səbəblərdir, ən əsas səbəb müttəfiqlərin və onların dəstəklədiyi hökümətin bu mübarizədə ideologiyanın olmaması və müttəfiqlərin əfqan xalqına sırımağa çalışdığı qərb həyat tərzinin, qərb dəyərlərinin, lap elə demokratiyanın Əfqanıstan xalqına cazibədar olmaması oldu.
ABŞ Prezidenti Baydenin bu günlərdə səsləndirdiyi “Əfqanıstan qüvvələrinin bu müharibədə özləri üçün niyə döyüşmək istəmədikləri” sualının cavabı da məhz burdadır.
Məsələn, NATO və ABŞ özünü, əfqan cəmiyyətinə yönəlik informasiya siyasətini bir neçə gey oğlan və burnu kəsilmiş bir qadının hüquqlarının müdafiəsi üzərindən quranda, diskreditasiya etmişdi. Belə mövzular mühafizəkar əfqan cəmiyyətlərdə daha çox qıcığa və açıq antipatiyaya səbəb olurdu.
Cəmiyyətlər, onların dəyərləri üzərindən qurulan siyasi təbliğatla idarə olunur, hökümətlər bu halda cəmiyyətlərdən dəstək alır, bu mövzuda kənardan gətirilən, cəmiyyətlərə yad dəyərlərlə təbliğat, sonunda onu aparanlara qarşı çevrilir. ABŞ beyin mərkəzlərində işlənilmiş belə tezislərlə əfqan cəmiyyətinə “paraşütlə atılan” siyasətçilərin cəmiyyətdə iflası buna bir nümunədir.
Talibanın Əfqanstandakı uğuru, Talibanın güclü olmasında deyil , Qərbin bu bölgədə ideoloji gücsüzlüyündə, zəifliyində idi.
Diğər tərəfdən də günümüzdə bütün dünayda davam edən “ideologiyaların sındırılması” tendensiyası Əfqanstanda gedirdi, bir çox hallarda isə məqsədli aparılırdı. Bu mühafizəkar əfqan insanının əbədi-əzəli ideologiya olan dinə daha güclü tapınmasına və bağlanmasına səbəb olurdu.
Məsələ ondadır ki, yarandığı gündən insan oğlu ac-susuz, kasib yaşaya bildi , amma ona daha yaxşı gələcək söz verən ideyasız, ideologiyasız yaşaya bilmədi.
Dünyada cəmiyyətlərlə ən güclü ittifaqlar onların ideoloji dəyərləri üzərindən qurulan ittifaqlardır. Yanlış hesabların və ancaq maliyyənin əsasında qurulan bütün ittifaqlar Əfqanstandakı kimi bir göz qırpımında çökür və çökəcək.
Bu uğursuz təcrübə , zatən fəaliyyəti haqqında daha öncə də çoxlu açıq suallar olan NATO haqqında üzv ölkələrdə alyansın faydalılığına olan inamı və güvəni daha da sarsıtdı və bu proses dayanmadan inkşaf edəcək, çünki Əfqanıstandakı uğursuzluqdan sonra alyansın başqa və ya oxşar bir kritik vəziyyətdə eyni uğursuz fəaliyyət sərgiləməyəcəyi haqqında heç bir zəmanət yoxdur.
NATO-ya üzv ölkələr alyansın ümumi hərbi büdcəsinə ayırdığı milyardlarla maliyyəni öz təhlükəsizliyinə və milli müdafiəsinə yönəltməyə başlayacaq.
Yeganə Hacıyeva,
17 avqust, 2021.