Breaking News :

nothing found
26 Sentyabr 2021

Konvensiya Azərbaycana öz ərazi sularında hərbi təlimləri qadağan etmir…

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin keçirdiyi brifinqdə Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsinin Xəzəryanı dövlətlərin ümumi razılığını pozduğunu bildirib və bunun  Iran Xarici İşlər Nazirliyində araşdırılacağını deyib.

Azərbaycanın öz ərazi sularında strateji və hərbi müttəfiqi ilə təlim keçməsi Xəzər Konvensiyana zidd  sayla bilərmi ?

Azərbaycanın  suveren ərazisi olan  Qarabağa qanunsuz daşımaları araşdırmayan İran   Xarici İşlər Nazirliyi Xəzər dənizində hərbi təlimlərə niyə etiraz edir ?

– Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanıqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunması vacibdir və Azərbaycan bu mövzuda həmişə təşəbbüskar ölkə kimi çıxış edir.

Xəzər dənizi zəngin enerji mənbəyi olmaqdan kənarda coğrafi göstəricilərinə görə Avropa ilə Asiya və Yaxın Şərq regionu arasında mühüm nəqliyyat dəhlizi olan strateji su hövzəsidir.

Xəzər dənizinin sağ və sol sahilləri Uzaq Şərq ,  Çinlə Avropa bazarlarını birləşdirən İpək yolu və Dəniz İpək Yolu zolagının strateji bəndidir.

Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir və sənədin əsasını beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir.

Xəzər dənizinin hüquqi statusunu  sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir,  ölkələr enerji resurslarına fərqli bazarlara çıxmaq məqsədinin  təhlükəsizlik aspektində ciddi əhəmiyyətə malikdir və regional və qlobal təhlükəsizliyin təminatında rol oynayır.

Konvensiyaya görə Xəzər dənizinini digər açıq dənizlərə şamil olunan BMT-nin Dəniz hüququna dair 1982-ci il Konvensiyası və ya transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilinməyəcəyi xüsusi hüquqi statusa malik qapalı su hövzəsi statusunu alıb.

Konvensiya çərçivəsində imzalanmış sənədlərdə təhlükəszilik riskləri və aspektləri nəzərə alınmaqla üzv ölkələrin  mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində,  Xəzər dənizində insidentlərin qarşısının alınması istiqamətində səlahiyyət, məsuliyyət və öhdəlikləri müəyyənləşdirilib.

Konvensiya ölkələrə təhlükəsizlik risklərinin aradan qaldırılması istiqamətində öz ərazi sularında müttəfiqləri ilə  təlim keçməyi qadağan etmir.

Çünki Konvensiya çərçivəsində sahilyanı ölkələrin  Xəzərdəki hərbi mövcudluğu və mükəlləfiyyətinin tənzimlənməsi mexanizmlərinin hələ  işlənməyib.

Təlimlər Azərbaycanın  su sərhədlərinin pozulması, nəqliyyat vasitələrinin Xəzər dənizindən dünya okeanına sərbəst çıxış-girişi və ya əks istiqamətdə sərbəst hərəkətliliyi və sualtı boru kəmərlərinin təhlükəsizliyinə yönəlmiş mexanizmlərin işlənməsi üçün vacibdir.

Əlbəttə, Azərbaycanın  suveren və müstəsna hüququ olan  öz ərazi sularında strateji və hərbi müttəfiqi ilə bu təlimi keçməsinin  İranı  narahat etməsinin diğər əsasları var.

İran həmişə Xəzər dənizinin Azərbaycan hissəsində beynəlxalq hüququn müddəalarının pozulması ilə müşaət edilən addımlar atıb.

Suveren ərazimiz olan Qarabağa qanunsuz daşımalar edən İran həm də  Xəzərin dibi və təkində sərhədlərimizi pozur.

Xəzərin dibinin və təkin bölünməsi zamanı yekun xətlərin cızılması və təyin edilməsi metodunun  müəyyən edilməsi üçün mexanizmlərin hələ işlənmədiyi,  perimetr boyunca təhlükəsizlik zonası sektorlarının müəyyən edilməsi mexanizmlərin mövcud olmamasındsan sui-istifadə edir.

 

Yeganə Hacıyeva,

13.09.2021

 

 

 

 

Yegana Hajiyeva

Read Previous

Talibanın Əfqanstandakı uğuru, Talibanın güclü olmasında deyil, Qərbin bu bölgədə ideoloji gücsüzlüyündədir….

Read Next

İrəvanın açarı Bakının əlindədir” – Gorus-Qafan yolu haqqında ƏSAS MƏQAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir