Kaliforniya ştatı Zəngəzur Dəhlizinə qarşı , erməni lobbisinin məkirli planları..
Azərbaycan cəmiyyətində İsraeldə səfirliyimizin olmamasının əsas səbəbi kimi İranın etirazı nəzərə alınması fikiri kimi görsənsə də, bu belə deyil. Azərbaycanın İsraildə indiyədək səfirlik açmamasının tək səbəbi müsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək istəyidir.
Azərbaycan bu məsələdə Türkiyə nümunəsini əsas götürüb, çünki Türkiyə 1950-ci illərin axırlarında İsraillə olduqca isti münasibətlər qurduğu üçün 1960-cı illərdə qabaran Kipr məsələsində beynəlxalq arenada müsəlman dövlətlərinin dəstəyini ala bilməmişdi.
Məhz bu fakt üzərindən müsəlman ölkələr həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hər zaman Azərbaycanı dəstəklədilər.
Sırf bu fakt üzərindən Azərbaycan daha ağıllı strategiya seçərək, İsrail ilə münasibətləri müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdırmış, səfirliyin açılması məsələsini isə daha yaxşı zamanlara qədər təxirə salmışdır.
Münasibətlərin tarixinə ekskurs etsək , həmişə dost bağları olan İsrail və Azərbaycan arasında ikitərəfli münasibətlər 1991 ci il, İsrailin Azərbaycanın müstəqilliyini tanıması ilə başladı diplomatik münasibətlər isə 1992 ildə quruldu. 1993-ü ilin avqust ayından isə İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində İsrail həmişə Azərbaycanın yanında olub.
Azərbaycan İsrailin şəbəkə imkanları hesabına Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışdığı illərdə , İran şirkətləri Ermənistanla birgə Qarabağda təbii resurslarımızın talan edilməsində, Qarabağda məscidlərimizin tarixi izlərinin dəyişdirilməsində iştirak edirdi. İran isə məscidlərdə donuz saxlanılmasına göz yumurdu.
Azərbaycan, İsrail ilə ikitərəfli strateji və iqtisadi alqələri geniş olan az saylı müsəlman ölkəsindən biridir,
2007-ci ilin yanvar ayında Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində 2 əməkdaşlıq müqaviləsi imzalandı, 2009 ildə İsrail prezidentinin Bakıya səfəri isə siyasi-diplomatik münasibətlərin yüksək səviyyəyə çatdı.Hər iki ölkə beynəlxalq terrorizmlə mübarizədə eyni mövqedən çıxış edir.
Onu da xatırladım ki, məhz bu səfərdən sonra İran, diplomatik təzyiq məqsədilə Bakıdakı səfirini “məsləhətləşmək üçün” geri çağırdı və daha sonra da səfirin “şəxsi səbəblərlə” geri dönməsi kimi bir primitiv izah verdi.
İki ölkə arası əməkdaşlığın önəmli sahəsi əlbəttə kəşfiyyatı sahəsində əməkdaşlıqdır və bunun nəticəsi kimi bu illər ərzində ölkədə bir sıra terror hadisəsinin qarşısı alınıb.
Məsələn, 2008-ci ildə Qəbələ radiolokasiya stansiyasına və Bakıdakı İsrail səfirliyi binasına qarşı təşkil olunmuş terror hücumunun qarşısı məhz İsrail kəşfiyyatı ilə əməkdaşlıq nəticəsində alınmışdır.
2012 ci ildə də bir neçə terror hadisəsinin qarşısı alınmışdır, amma qəribə tərzdə bu hadisədən bir neçə həftə öncə İran Azərbaycanı İsrailin Mossad kəşfiyyat ilə güya anti-İran fəaliyyətlərinə kömək etdiyi üçün tənqid etmişdi.
2017-ci ildən isə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.
Komissiyanın məqsədi qarşılıqlı maraq doğuran sahələrdə ixtisaslaşmış işçi qrupları yaradaraq müvafiq məsələlərə dair qərarlar qəbul etməkdir. Komissiya tərkibində hər iki ölkənin müxtəlif nazirlikləri və dövlət idarələri təmsil olunur.
Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydalılığa əsaslanır və enerji və təhlükəsizlik sahələrində iki ölkə arası münasibətlər strateji müttəfiqlik səviyyəsindədir.
İki ölkə arası əməkdaşlığın əsas dayaq nöqtəsi isə əlbəttə hərbi sahədə əməkdaşlıqdır. 1992 ci ildə ABŞ erməni lobbisinin təşviq etdiyi “Azadlığa Dəstək Qanunu” çərçivəsində qəbul olunmuş 907-ci düzəlişi etməklə Azərbaycana silah satışı qadağası qoyulmasından sonra belə İsrail Azərbaycana müasir silahlar vermişdi.
Onu da qeyd edim ki, ABŞ dakı yəhudi lobbisi “Azadlığa Dəstək Qanunu”na 907-ci düzəlişini 2002-ci ildən etibarən hər il davamlı olaraq durdurulması üçün Azərbaycana yardım edir.
Birinci Dağlıq Qarabağ müharibəsi zamanı İsrail Azərbaycana Stinger raketləri vermişdir.
44 günlük Vətən müharibəsində isə İsraildən aldığımız silahların müharibədəki rolu göz önündədir.
Ermənistanın döyüş zonasında məğlubiyyətinin əvəzini Gəncə, Tər-Tər və Bərdədə mülki insanların raket atəşinə tutaraq çıxmaq cəhdlərində, daha sonrakı dağıntı və faciələrin qarşısının alınmasında məhz İsrail istehsalı olan havadan müdafiə sistemi önəmli rol oynadı.
İranın etirazlarına gəlincə , məhz bu tip əməkdaşlıq İran tərəfindən sərt etiraz və narahatlıqla qarşılanır və zaman-zaman İran-Azərbaycan münasibətlərində soyuqluğa səbəb olur.
Məsələn, 2011-ci ildən Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək, nəzarətdə saxlamaq üçün İsraildən aldığı dronlardan istifadə edir, 2011-ci ildən sonra İran mediasında Azərbaycan əleyhinə yazılar məhz bununla bağlıdır.
44 günlük Vətən müharibəsindən sonra Qarabağa sərmayə qoyacaq şirkətlər arasında İsrail şirkətləri var. Azərbaycan işğaldan azad edilmiş ərazilərimizin qurulması strategiyasında ağıllı kənd layihələrinə daha çoz üstünlük verir.
Bu ərazilərdə yeni texnologiyaya əsaslanan sənaye sahələrinin və kənd təsərrüfatın inkişafına dəstək verəcək.
Bütün bunlar 21-ci əsrdə öz vətəndaşlarını mövhumat və nağıllarla bəsləyərək, ölkənin ressurslarını talayan İran hakimiyyət daxili hərbi-dini qruplarının xoşuna gəlmir. Çünki bu ağıllı kəndlər tikiləndə yaxınlıqda yaşayan İran vətəndaşları da eynisini öz ölkəsində görmək arzusunda olacaqlar.
Məhz buna görə İran yeni reallıqda formalaşan proseslərdən məqsədli şəkildə özünü təcrid yolunu tutub və bunun əsası İran hakimiyyətindəki ənənəvi dini-hərbi dairələrin ölkənin resursları üzərində nəzarəti itirmək qorxusu durur.
Səfirliyin açılması ilə bağlı fikirlərə gəlsək , bu il ərzində Azərbaycan İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik formalaşdırıb.
Digər tərəfdən Qarabağ münaqişəsi artıq həllini tapıb, məhz bu fakt üzərindən müsəlman ölkələr BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, digər beynəlxalq platformalarda hər zamankı kimi Azərbaycanı dəstəklədilər.
İslam ölkəsi kimi Bəhreyn ilin sonunda İsraildə səfirlik açacaq, bu isə o deməkdir ki, İsrail müsəlman ölkələri ilə diplomatik əlaqələrini qurur. Belə olan halda Azərbaycanın İsraildə səfirlik açmasının sadəcə zaman məsələsi olması haqqında ehtimal edə bilərik.
Yeganə Hacıyeva,
o1 oktyabr 2021.