Böyük Britaniya Parlamentində dinləmələr…

Britaniya parlamentində müxtəlif vaxtlarda  bir neçə dəfə  “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini müzakirə edilməyə cəhdlər olunub.

Böyük Britaniya Parlamentinin Lordlar Palatası bir neçə dəfəf İngiltərədəki erməni diasporunun erməni soyqırımının tanınması və aprelin 24-nün soyqırım qurbanlarının xatirəsini anma günü elan edilməsi məsələsi ilə bağlı təklifini qəbul etməkdən imtina edib.

Azərbaycanda siyasət izləyicilərinin yaxşı tanıdığı baronessa Karolin Koks yüzlərlə belə müzakirənin təşəbbüskarı olub və bu təşəbbüslər aprel ayına təsadüf edib. Qondarma soyqırımın ildönümü günlərini “erməni soyqırımı” nı tanıtmaq üçün cəhdlər edib.

Amma yalançı tarixin canlı şahidi olmuş Böyük Britaniya və onun dövlət arxivlərində Osmanlı tarixinin bütün dövlləri üçün, xüsusi ilə də 1915 ci ilin real hadisələrinə aid arxiv sənədləri mövcuddur.

Məhz Böyük Britaniyanın Kral kitabxanasındakı arxiv sənədləri hesabına Erməni soyqırımını əsas inkar edənlərdən biri ABŞ Prinston Universitetinin professoru Heath Louri geniş araşdırma aparmış və bu araşdırma bu gün üçün yalançı erməni soyqırımını ifşası üçün əsas faktoloji material hesab olunur.

Bu gün üçün Böyük Britaniya icmalar palatasındakı  erməni lobbi qrupu və adı daha çox rusiyaya rəğbətlə məşhurlaşan Leyborist və Mühavizəkar  partiyasının adları kənar sifarişlərin icraçısı qismində hallanan  üzvləri Azərbaycan və Türkiyə əleyhinə olan  iki müzakirə təşkil edib.

Müzakirələrdən biri Şuşanın azad edilməsi və müharibənin bitməsi günlərinə təyin olunub. Noyabrın 9-da  Böyük Britaniya parlamentinin İcmalar Palatasında erməni soyqırımının tanınması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.

Sözügedən qanun layihəsini deputat, Böyük Britaniya parlamentinin üzvü Tim Lotton təqdim edib.

Diğəri isə Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradın il dönümü günü keçiriləcək.

Leyboristlər Partiyasının üzvü Con Spelların təşəbbüsü ilə Britaniya parlamentinə 1915-ci il erməni soyqırımını tanıyan qanun layihəsi təqdim edilib və  2021-ci il dekabrın 10-da İcmalar Palatasında müzakirəyə çıxarılacaq.

Göründüyü kimi, Azərbaycanın qələbəsi üçün ələmatdar günlərə təyin olunmuş bu müzakirələr təsadüfi deyil.

Con Spelların müəllifi olduğu dekabrın 10 da İcmalar Palatasında müzakirəyə çıxarılacaq layihədə  məqamlardan biri də Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun Türkiyə xüsusi xidmət orqanları ilə yaxın təmasları haqqındadır.

Bu xüsusda qabardılan əsas məqam İngiltərənin Türkiyədə eks səfiri olmuş ,  britaniya kəşfiyyatının cari rəhbərinin Vətən Müharibəsinin əvvəli və sonrası Türkiyə etdiyi səfərlərlə bağlıdir.  Bu və ya bir neçə diğər məqamları nəzərə alaraq , bu dinləmələrin sifarişçisinin sadəcə erməni lobbi qrupu olmaması, İngiltərə daxilində kənar qüvvələrə bağlı dairələrin sifarişçi olması qənaətinə gətirir.

Amma diqqəti çəkən diğər əsas məqam  bu qanun layihələrinin təbliğatı üçün istifadə olunan alət və vasitələrdir. Məsələn hər iki dinləmə haqqında   məlumatlar Böyük Britaniyanın Erməni Milli Komitəsi ilə paralel  Rusiyanın Avropa Birliyi və ABŞ sanksiyalarına məruz qalan media şəbəkələrdə paylaşılıb.

Burda onu da qeyd etmək lazımdır ki  qanun layihəsini təqdimatçısı deputat Tim Lotton Böyük Britaniya Çinlə münasibətlərində gərginliyin yaranmasına səbəb olan deputatlardandır.

Bu ilin sentyabr ayında Britaniya ilə Çin arasında Çin səfirinin Parlamentinə rəsmi dəvətə buraxılmaması ilə diplomatik qalmaqal baş verdi.

Buna səbəb isə Çinin Britaniya  Parlementin bir neçə üzvünə yalan və dezinformasiya yayması üzərindən Çinə girişi qadağan etməsi sanksiyası əsas olmuşdur.

Hər iki qanun layihəsinin müəlliflərinin fəaliyyəti haqqında kiçik analiz etməklə, layihələrin Mərkəzi Asiya – Avropa arasındakı nəqliyyat xətləri uğrunda mübarizədə alət olaraq istifadə olunması qənaətinə gələ bilərik.

 

Yeganə Hacıyeva,

05.11.2021

 

Yegana Hajiyeva

Read Previous

İran Azərbaycanda qərbyönümlü təşkilatları necə yönləndirir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir