BMT Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycanla bağlı qərarları ilə bağlı şərhim: siyasi və hüquqi faydaları…

Haaqa məhkəməsi Azərbaycanın iddiası əsasında qərar çıxarıb, ona görə Ermənistan azərbaycanlılara qarşı milli və etnik mənşəyinə görə ayrı-seçkilik törətməkdə ittiham olunur. BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulması ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını açıqlayıb.

BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi Ermənistandan azərbaycanlılara qarşı irqi ədavətin qızışdırılmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb edib. Bu barədə baş hakim Coan Donoqyu bildirib.

Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, öz ərazisindəki təşkilatlar və şəxslər də daxil olmaqla, azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təhrikinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir – Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiyanı pozması ittihamı ilə Bakının İrəvana qarşı iddiası üzrə qərarı elan edən hakim deyib.

Bundan əlavə, məhkəmə hər iki tərəfi vəziyyəti daha da pisləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Dekabrın 7-də məlum olub ki, BMT-nin Beynəlxalq Məhkəməsi Ermənistanın Azərbaycana qarşı “hərbi əsirlərin dərhal qaytarılması ilə bağlı” əsas iddiasını təmin etməyib.

Erməni tərəfinin “Hərbi Qənimətlər Parkının bağlanması” və “Azərbaycan tərəfindən hərbi cinayətlərin araşdırılması” tələbi də təmin edilməyib. Məhkəmənin fikrincə, Ermənistan bu məsələlərlə bağlı əsaslandırılmış sübutlar təqdim edə bilməyib.

Ermənistana qarşı müvvəqqəti tədbirlər :

Sentyabrın 24-də Azərbaycan məhkəməyə müraciət edərək, Ermənistanın azərbaycanlılara qarşı milli və etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik törətdiyini və törətdiyini bildirib.

Müvəqqəti müdafiə tədbirlərinin göstərilməsi haqqında Azərbaycan Respublikasının 23 sentyabr 2021-ci il tarixli vəsatətində göstərilən faktlara və qanuna uyğun olaraq məhkəmə iclaslarında göstərilən əsaslara əsasən, məhkəmənin qaydalarına uyğun olaraq , Azərbaycan məhkəmədən aşağıdakı müvəqqəti tədbirlərin görülməsini xahiş edir:

Ermənistan Azərbaycanın öz ərazisində təhlükəsiz və effektiv minatəmizləmə aparması üçün lazımi addımlar atmağa borcludur;

Ermənistan Azərbaycan ərazisində minaların yeri və xüsusiyyətləri barədə hərtərəfli və dəqiq məlumat verməlidir;

Ermənistan dərhal dayanmalı və Azərbaycan ərazisinə yeni minalar qoymaqla azərbaycanlıların həyatını təhlükəyə atmaqdan çəkinməlidir;

Ermənistan azərbaycanlılara qarşı etnik ədavətin və etnik zorakılığın qızışdırılmasını dayandırmalıdır;

Ermənistan  azərbaycanlılara qarşı etnik motivli cinayət iddiaları ilə bağlı sübutların məhv edilməsinin qarşısını almalı və təhlükəsizliyini təmin etməlidir;

Ermənistan bu mübahisənin həllini ağırlaşdıra, uzada və ya çətinləşdirə biləcək hər hansı tədbirdən çəkinməlidir”.

Qeyd edim ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi 1945-ci ildə yaradılmışdır. Məhkəmə Baş Assambleya və BMT Təhlükəsizlik Şurası tərəfindən 9 il müddətinə seçilən 15 hakimdən ibarətdir. Məhkəmə qərarları məcburidir və şikayət verilmir .

Məhkəmə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə dövlətlərarası mübahisələrin sülh yolu ilə həlli üçün yaradılmış mexanizmin və ümumilikdə beynəlxalq sülh və təhlükəsizliyin qorunması sisteminin əsas hissəsidir.

Məhkəmə bu gün üçün bir neçə əsas konvensiya və 300-ə yaxın ikitərəfli və ya çoxtərəfli müqavilələr əsasında müxtəlif növ dövlətlərarası mübahisələrin həlli ilə bağlı qərarlar çıxarır.

BMT Beynəlxalq Məhkəməsi bu qərarları Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiası üzrə oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.
BMT Beynəlxalq Məhkəməsi bu qərarları iki istiqamət üzrə , siyasi və hüquqi istiqamət üzrə faydalıdır.

Hüquqi faydalarını sadalasaq , Ermənitsanın Azərbaycana qarşı vəsadətləri məhz irəli sürülən ittihamların uyğunsuzluğunun faktiki və hüquqi sübuta yetirilməsi hesabına rədd edildi.

Ermənistan tərəfinin müraciətini isə təkcə onun cinayətlərinə görə məsuliyyətdən yayınmaq cəhdi deyil, həm də öz çox saylı cinayətlərinə haqq qazandırmaq , onları əsaslandırmaq üçün Azərbaycana qarşı uydurulmuş ittihamları Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasına daxil etmək cəhdidir.

Burda əsas məqam, Ermənistanın uydurduğu ittihamlar üzrə, Məhkəmənin irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya Azərbaycanın əməl etməsini və ümumilikdə bu mövzuda real vəziyyəti üzə çıxartdı.

Məsələn , Ermənistanın tələb etdiyi müvəqqəti tədbirlərlə bağlı məhkəmənin qərarı ilə Ermənistanın saxlanılan erməni əsilli şəxslərin dərhal azad edilməsi, eləcə də Bakıda Hərbi Qənimətlər Parkının dərhal bağlanması ilə bağlı vəsatətlərini rədd edib.

Ermənistan, bir sıra Atət-in Minsk Qrupu həmsədr ölkələri, Avropanın bir sıra ölkələri , beynalxalq siyasi institutlar və s. məhz son bir ildə Azərbaycana qarşı hər imkanda “ saxlanılan erməni əsilli şəxslərin dərhal azad edilməsi” tələbi irəli sürür bu mövzunu bizə qarşı istifadə edirdilər.

Ermənistanın qaldırdığı bu vəsadətin Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində rədd edilməsi , bizə qarşı istifadə olunan bu arqumenti yox edən legitim cavabdır.

Bunun hüquqi aspektlərindən kənarda həm də siyasi faydası var. Çünki , məsələn Lüksemburq ( diğərləri də həmçinin ) kimi ölkələr bu mövzunu istifadə edərək , bizə qarşı kampaniyalar apara bilməyəcəklər.

Bu yanaşmanı eyni ilə Ermənistan tərəfinin “ Hərbi Qənimətlər parkının bağlanması” və “Azərbaycan tərəfindən hərbi cinayətlərin araşdırılması ilə bağlı” iddialarına da şamil edirik.
Çünki bu mövzularda tələblərlə bağlı Avropa Parlamentinin, bir sıra Avropa ölkələrinin Azərbaycanla bağlı iradları ilə üzləşirik.


Məhkəmənin Azərbaycanla bağlı qərarı haqqında onu qeyd etməliyəm ki, Azərbaycan həmişə olduğu kimi, bundan sonra da beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşların hüquqlarını qoruyub və qoruyacaq.

Azərbaycan davam etdirdiyi hüquqi təqib prosesləri təkcə Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı deyil , diğər bir neçə , Azərbaycan ərazilərində Terrorçuluğun Maliyyələşdirilməsi və s. kimi beynəlxalq konvesniyaların pozulması faktı ilə bağlı da davam edir.

Məhkəmədəki işlərinin əhatə etdiyi geniş mövzuların sırasına beynəlxalq məsuliyyət və zərərə görə kompensasiya mövzusu da daxil olduğu üçün, bu işlərdə də uğurumuza inanıram.

Siyasi faydalar haqqında əlavə etmək istədiyim bir xüsusi məqam var. Son illərdə qlobal səviyyədə beynəlxalq siyasi və hüquqi instansiyaların nüfuzdan düşməsi və etibarlılığının şübhə alınması prosesi gedir.

Bu xüsusda Məhkəmənin Azərbaycan və Ermənistanın müraciətlərə vicdanlı, qərəzsiz və diqqətlə yanaşması, nizamnamə ilə ona həvalə edilmiş missiyanı maksimum vicdanla, operativ və səmərəli yerinə yetirməsi BMT-nin öz reputasiyasını qoruması kimi təqdir edici hal olaraq qəbul edirik.

 

Məhkəmənin qərarı haqqında informasiyanın geniş yayılması növbəti məsələlərə təsiri faktoru nəzərə alaraq oxşar mövzuları əhatə edən Avropa İnsan Haqqları Məhkəməsində baxılan işlərə təsiri qaçılmaz olacaq.

Yeganə Hacıyeva ,

07.12.2021

Yegana Hajiyeva

Read Previous

Böyük Britaniya Parlamentində dinləmələr…

Read Next

Avropa İnsan Haqqları Məhkəməsində qorunmayan maraqlar münaqişəsi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.