Avropa İnsan Haqqları Məhkəməsində qorunmayan maraqlar münaqişəsi…

Avropa Məhkəməsi 2021-ci ildə ölkələrdən ümumilikdə 44250 ərizə qəbul edib, dövlətlərlə 10630 ərizənin kommunikasiyasını aparıb, 36092 qərar və ya qərardad çıxarıb: “2021-ci ilin sonuna baxış növbəsində ümumilikdə 70150 ərizə olub. Rusiya 17013 ərizə ilə liderdir. İkinci yerdə Türkiyə (15251 ərizə), üçüncü yerdə Ukrayna (11372 ərizə) gəlir. Azərbaycan 2092 ərizə ilə yeddinci pillədə göstərilir.

Statistikaya görə, Avropa Məhkəməsi 2021-ci ildə ümumilikdə 1105 qərar elan edib. Ən çox qərar Rusiya, Ukrayna və Rumıniyaya qarşı çıxarılıb. Azərbaycan qərar sayı baxımından doqquzuncu sıradadır.

Avropa Məhkəməsinin ötən il çıxardığı qərarlarda Azərbaycan dövlətinin boynuna 2 milyon avroya yaxın təzminat ödəmək öhdəliyi qoyulub.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

Azərbaycanla bağlı rəqəmlərin  təhlili göstərir ki, əsas səbəblər, rəqəmlərin ilbəil artmasında bəzən obyektiv və  çox hallarda isə subyektiv səbəbləri var.

Nümunə kimi göstərim ki, 2019 cu ildə Avropa Hüquq və Ədalət Mərkəzi bir neçə il AİHM-nin fəaliyyətinin analizi əsasında tədqiqat aparıb.

Strasburqda mənzillənən Avropa Hüquq və Ədalət Mərkəzinin araşdırması Avropa İnsan Haqları Məhkəməsinin hakimləri ilə Corc Sorosun maliyyələşdirdiyi QHT-lər arasında sistemli şəkildə maraq toqquşması halını müəyyən edib.

Tədqiqat 2009-2019-cu illər arasında Avropa İnsan Hüquqları Məhkəməsində çalışmış 100 hakimin demək olar ki, dörddə birinin -22 nin   Soros Açıq Cəmiyyət Fondu ilə , donoru Soros fondu olan müxtəlif  QHT-lərlə sıx əlaqələrə malik olduğunu müəyyən edib.

Tədqiqat , müəyyən edir ki, bu QHT-lərlə qeyri-rəsmi əməkdaşlıq formalarını, məsələn, onlar üçün təsadüfi işləməyi əhatə etmir , əksinə daha dərin münasibətlər mövcuddur və  bu bağlantılar tədqiqatda xüsusi olaraq qeyd olunanlardan daha çoxdur.

Hesabat  2012-2018-ci illərdə Avropa Şurasında İnsan Hüquqları üzrə Müvəkkili Niels Muižnieks və diğərləri kimi AİHM-nin hakimi olmasa da  lakin fondunun maaşlı fəalı kimi digər insan haqları sahəsində fəaliyyət göstərən rəsmiləri  də əhatə edirdi.

Burda xatırladım ki, Macarstanda qarşı bütün fəaliyyətin mərkəzində də məhz bu şəbəkə və onun simasi kimi Niels Muiznieks dururdu və bu ölkəyə qarşı qondarma “anti-Soros” qanunvericiliyinə qarşı kampaniyanı o  apardı.

Hesabatda o göstərilirdi ki,  88 işdə hakimlər əvvəllər işlədikləri QHT-lər tərəfindən məhkəmələrə təqdim edilmiş işlərə şübhəli tərzdə müsbət qərarlar veriblər.

AİHM-nin prosedur qaydaları hakimlərin bu halda  maraqların toqquşmasıni elan edərək, işlərdən geri çəkilmək qərar vermələrini diktə edirdi.

2018-ci ildə AİHM-nin mübət qərar verdiyi işlər üzrə kommunikasiya rolunu oynayan  14 QHT-dən 10-u Açıq Cəmiyyət Fondu tərəfindən maliyyələşdirilib, işə baxan 17 hakimdən altısının isə Sorosun  maliyyələşdirdiyi eyni qrupla əlaqəsi olması təsbit olunub.

Soros şəbəkəsinin AİHM-ə  demarşı  2012-ci ildən sonra başladı , çünki məhz bu ildən  tətbiq edilən yeni prosedurlar xüsusi olaraq AİHM-də hakimlərin seçilməsi prosedurunda QHT-lərin iştirakını nəzərdə tutuldu.

Bu QHT-lər namizədləri irəli sürmək və onların seçilməsi üçün lobbiçilik etmək imkanları yaratdı.

Yeni prosedurlara görə  AİHM-ə hakim kimi təyin edilmiş şəxslərin  məhkəmə təcrübəsinin olması tələbi aradan qaldırırldı .  Nəticə belə oldu ki, 2009-cu ildən bəri AİHM-də oturan 100 hakimdən təxminən 51-i əvvəllər heç vaxt hakim işləməyib və ya hakim vəzifəsində köməkçi qismində çalışmayıb.

Onlar daha çox Soros və ya onun yan təşkilatlarında hüquq müdafiəçiləri işləyiblər.

Bir sözlə AİHM hakimlərinin Sorosla əlaqələri sübuta yetirən bu tədqiqat  Avropa İnsan Haqları Məhkəməsinə olan etimadı elə Avropanın özündə zədələdi.

Azərbaycan və Türkiyəyə qarşı qərarların çoxluğu da məhz bu şəbəkədən qaynaqlanır. Konkret Azərbaycan və Türkiyə haqqında diğər bir məqamı da var.

2017 ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC)  Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın xeyrinə və Azərbaycan əleyhinə amansız kampaniya aparan erməni şəbəkəsini ifşa edən iki hesabat  dərc etmişdi.

ESISC –in ikinci hesabatı  AŞPA-da Soros Fondunun maliyyələşdirdiyi deputatlar, erməni məmurlar və QHT-lərdən ibarət “gizli şəbəkə”ni ifşası haqqında idi.

Məsələn, Açıq Cəmiyyət Fondu 2010-cu ildən  Human Rights Watch-a 100 milyon dollar ianə edib.

Rusiya nümunəsi haqqında da eyni məqamı deyə bilərik, məsələn , 2018-ci ildə Pussy Riot Rusiyaya qarşı işini müdafiə edən bolqar Yonko Grozev AİHM-də hakim seçilməzdən əvvəl Açıq Cəmiyyət Məhkəmə Təşəbbüsünün lideri olmuşdur.

Diğər bir məqam isə  AİHM-nin qərarlarını  yerinə yetirməsi ilə bağlıdır,  onu qeyd edim ki,  Azərbaycan  İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulmaqla öz vətəndaşının mənafelərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə daha səmərəli müdafiəsini təmin etmək məqsədi ilə bu  addımı  atmışdır.

Lakin bir çox hallarda AHİM-in qərarları ölkə qanunvericiliyindəki məqamların əleyhinə gedir, məsələn Avropa İnsan Hüquqları Məhkəməsi qərarları ölkələrin konstitusiya-məhkəmə sistemi, konstitusiya məhkəməsi hakimlərinin müstəqilliyini və onların ölkə qanunvericiliyinə görə qəbul edilmiş qərarlarını  qanuniliyini şübhə alır.

Ümumi praktika belədir ki, məhkəmənin müstəqilliyi həmişə məhkəmədə gedən konkret işə münasibətdə qiymətləndirilməli olduğu halda , bu qərarların çoxluğu  daha sonra ümumilikdə Avropa Şurasında , ölkələrin yerli  məhkəmələrinin müstəqilliyi və tərəfsizliyi şübhə altına alınması istiqamətdə şərh olunur.

AİHM-nin nümunəsində Soros QHT-lərin  şəbəkəsinin  bir  institutu necə ələ keçirilməsinin nümunəsidir və bu proses daha AİHM-nə deyil, şəbəkənin fəaliyyət göstərdiyi bütün institutlarda tətbiq olunur. QHT-lərin dövlətət institutlarının fəaliyyətinə cəlb olunması təcrübəsi  bütün Avropa Şururası coğrafiyasında davam edir.

 

Yeganə Hacıyeva ,

27 yanvar 2022.

 

 

 

Yegana Hajiyeva

Read Previous

BMT Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycanla bağlı qərarları ilə bağlı şərhim: siyasi və hüquqi faydaları…

Read Next

Kaliforniya ştatı Zəngəzur Dəhlizinə qarşı , erməni lobbisinin məkirli planları..

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.