Kaliforniya ştatı Zəngəzur Dəhlizinə qarşı , erməni lobbisinin məkirli planları..

Kaliforniya ştatı Ermənistanın Sünik vilayəti barədə şübhəli qətnamə qəbul etdi. Ştatın senatı fevralın 10- da Süniklə ( Zəngəzurla) əməkdaşlıq münasibətlərinin qurulması barədə qətnamə qəbul edib.

Qətnamənin motivləri  Sünikin sosial, mədəni və iqtisadi inkişafına dəstək,  Süniki türk- azəri təcavüzündən qorumaq məqəsdi daşıyır.

ABŞ strateji planda Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və məhz bu dəhliz ABŞ üçün çox önəmli olan Orta Asiya dövlətlərinin Avropa ilə ən qısa bağlantısını təmin edəcək.

Kaliforniya erməni diasporu və lobbisinin bu cəhdləri ABŞ- ın dövlət maraqlarını heçə endirir.

Öncə onu qeyd edim ki, son illər bölgədə formalaşan geosiyasi və geoiqtisadi reallıqda Cənubi Qafqazda təhlükəsizlik məsələsi qlobal anlamda ön plana çıxdı və  bölgədə təhlükəsizliyin təmin edilməsi ilə yeni şərtlər formalaşdı. Bu yeni reallıqda Zəngəzur dəhlizinin strateji rol oynayır.

ABŞ strateji planda Zəngəzur dəhlizinin açılmasında maraqlarını isə daxildə Kaliforniya erməni diasporu və lobbi heçə endirir.

Bu haqda yazmazdan öncə Kolifornya və ümumiyyətlə ABŞ qanunvericili strukturlarında erməni lobbisinin tarixi və gücü haqqında danışmaq yerinə düşər.

Kaliforniyada ilk erməni icması hələ 1890 ci ildən fəaliyyət göstərməyə başlayır və bu icmanin səyi ilə 1890–1900-cü illər arasında 12 minə yaxın erməni ABŞ-a köçür.

Bu dövrdən sonra ABŞ-da erməni partiyaları fəaliyyətlərini aktivləşir.  İlk vaxtlar erməni diasporu erməni siyasi partiyalarının ətrafında formalaşırdı, onlar isə öz növbəsində ictimai və dini təşkilatların yaradılmasında mühüm rol oynayırdılar.

Baxmayaraq ki , erməni “soyqırımı” –nin dünyaya təqdim edilən tarixinə görə 1915 ci ildə baş verməsi iddia olunur.

Amma ABŞ kongresinə 1894 cü ildə bu icma ilk qətnamə layihəsini təqdim edib ki,  bu qətnamə Osmanlı imperiyası ermənilərin kütləvi qətlində ittiham edilirdi.

Birinci dünya müharibəsindən sonra erməni diasporunun əsas fəaliyyəti ABŞ ilə Türkiyə  arasında iqtisadi və siyasi əlaqələrin qurulmasının qarşısını almağa yönəlmişdi.

Nümunə üçün qeyim ki, bu işlə  ermənilərin yaratdığı “Lozanna müqaviləsinə qarşı komitə” məşğul olurdu və  komitəyə amerika erməniləri ilə yanaşı, dini liderlər, xeyriyyə təşkilatlarının üzvləri və Konqress üzvləri daxil idi.

Kongress 1927–ci ildə Amerikaya mühacirət kvotalarını tənzimləyən Djonson-Rid İmmiqrasiya aktı qəbul edərkən,  Kaliforniyada erməni diasporu və ermənipərəst təşkilatlar ermənilərin qaçqın kimi qəbul olunmasını və onların ABŞ ərazisinə asanlıqla qəlməsini təşkil edir.

İkinci dünya müharibəsindən sonra isə “Evsiz ermənilər üzrə amerikan milli komitəsi”  25000 erməninin ABŞ–a mühacirəti və Kaliforniyaya məskunlaşması üçün şərait yaradır.

Daşnaksütun özünün ilk lobbist qrupu kimi “Ermənistan müstəqilliyinə dəstək üzrə Amerikan komitəsi”ni məhz Kaliforniyada 1918-ci ildə yaratmışdır.

Bu gün üçn ABŞ – ın 25 ştatında 45 filiala malik erməni erməni komitəsinin ən böyük  regional ofisi  Kaliforniyanın Qlendeyl şəhərlərində yerləşir.

1995–ci ildən isə ABŞ konqressində “Armenian Caucus” adlı erməni məsələləri üzrə iki partiyalı konqressmen qrupu fəaliyyət göstərilir.

Qrupu demokratlardan  Frenk Pallone ve respublikaçı Edvard Porter təsis edir, sonradan Porterin yerini Co Nollenberq tutur. Bu qrupun fəaliyyəti Ermənistanın və erməni diasporunun maraqlarını əks etdirən bir sıra sənədlərin konqressin gündəliyinə qətirilməsindən və qubulu üçün səy qöstərməkdən ibarətdir.

Qrupun missiyası isə erməni diasporasının maraqlarına uyğun olaraq ABŞ – ın xarici siyasətinə təsir etmək səylərinin dəstəklənməsidir.

Qrupun üzvü olan bir çox konqressmen 1992–ci ildə Azərbaycana ABŞ yardımını qadağan edən Azadlıq aktına 907-ci düzəlişin lehinə səs verən insanlardı.

Konqressdəki bu qrupdan əlavə Demokrat partiyasında erməni şurası və Respublikaçılar partiyasında erməni şurası mövcuddur.

Hər iki qrup və şuranın əsas missiyası erməni “soyqırımının” ABŞ hökuməti tərəfindən tanınması, uzun illər “Qondarma Dağlıq Qarabağ respublikasının tanınması və ona yardım göstərilməsi” , 907–ci düzəlişin güvvədə saxlanması, Türkiyəyə müasir silah satışının qarşısının alınması olsa da son illər bu qrup aktiv şəkildə Bakı-Tbilisi-Ceyhan layihəsinə qarşı mübarizə apardı.

İndi isə eyni təsisatlar Strateji Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyət göstərir , ştatın senatı fevralın 10-da  Süniklə – Zəngəzurla əməkdaşlıq münasibətlərinin qurulması barədə qətnamə qəbul edir və s.

ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi, ABŞ vergi ödəyicilərinin vəsaitinin hesabına fəaliyyət göstərən  erməni lobbi qrupları  ABŞ Konqresinə yeridilmiş ”Troya Atıdır” .

Bu təşkilatın fəaliyyəti nəyinki ABŞ-ın  Cənubi Qafqaz maraqlarına,  ümumilikdə ABŞ xarici siyasətinə zərər vurur. ANCA-in konqresində bu qədər geniş təsir imkanlarına rəğmən, ABŞ-ın xarici maliyyə yardımları ayırdığı ölkələr siyahısında öndə gedən və geniş dəstək görən Ermənistan ABŞ-ın müttəfiqi deyil.

Ermənistan Cənubi Qafqazda Rusiyanın vassalı və İranın müttəfiqidir, Ermənistanın regionda siyasi-hərbi tərəfdaşı Rusiya, ticari tərəfdaşı İrandır.

Erməni diasporun lobbiçilik fəaliyyəti regionda siyasi sabitliyə və təhlükəsizliyə təhlükə yaradır, ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir, regionda ABŞ-ın əsas strateji tərəfdaşı Azərbaycana və Türkiyəyə  qarşı  fəaliyyət göstərir.

 

Yeganə Hacıyeva,

14.02.2022

 

 

 

Yegana Hajiyeva

Read Previous

Avropa İnsan Haqqları Məhkəməsində qorunmayan maraqlar münaqişəsi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.